Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri ARTIRILIB

 01-03-2023

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” 18 mart 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

“Report”un məlumatına görə, fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb.

Belə ki, Komitəyə tikinti məqsədləri ilə yanaşı, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı üçün də torpaq sahələrinin istifadəyə və yaxud icarəyə verilməsi səlahiyyəti verilib.

Bənzər yazılar

0.25419187545776