“Real”ın qapıçısı: “Futbolçular məni lağa qoyurdular”

 25-02-2023

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər oyununda yol verdiyi səhv barədə danışıb.

Belçikalı qolkiper matçdan sonra bu səhvə görə komandanın avtobusunda digər futbolçuların onunla zarafatlaşdığını deyib:

“Avtobusda komandanın digər futbolçuları məni lağa qoyurdular. Amma artıq keçib. Həmin səhvi unutduracaq qurtarışlarım da var idi. 0:2 geri düşsək də, 5 qol vura bildik. Davam etməliyik”.

“Liverpul” - “Real” oyununun 14-cü dəqiqəsində Kurtua kobud səhvə yol verərək rəqib komandanın hücumçusu Məhəmməd Salahın fərqlənməsinə şərait yaradıb.

Mənbə: DAZN

Bənzər yazılar

0.41253304481506