“Ulduz problemi” Avropa səhnəsinə də SIÇRADI

 25-02-2023

“Fənərbağça”nın loqosunda neçə ulduzun yer alması Türkiyə idman gündəmində uzun müddətdir, müzakirə olunur.

Milletinsesi.info xəbər verir ki, klub rəsmən 1959-cu ildən öncəki çempionluqlar da nəzərə alındıqda ümumi liqa qələbələrinin sayı 28 olduğunu bəyan edib. Bu səbəbdən “Fənərbağça” loqosuna 5 ulduz vurur. Ancaq Türkiyə Futbol Federasiyası və digər klublar bunu qəbul etmir.

“Ulduz problemi” “bülbüllər”in Avropa səhnəsinə də sıçrayıb. Avropa Liqasının 1/8 final mərhələsində “Sevilya”ya rəqib olan “Fənərbağça” müvafiq paylaşımda 5 ulduzlu loqosunu yerləşdirib. İspaniya klubu 3 ulduzdan istifadə edibsə, UEFA ulduzsuz loqonu qoyub. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Fənərbağça”nın rəsmən 19 Super Liqa çempionluğu var. Türkiyədə hər 5 çempionluğa görə klublara loqoya 1 ulduz əlavə etməyə icazə verilir.

Bənzər yazılar

0.40233707427979