“Üzüklərin hökmdarı” kainatında YENİ FİLMLƏR GƏLİR

 25-02-2023

“Warner Bros Discovery” şirkəti “Üzüklərin hökmdarı” (“The Lord of the Rings”) kainatında yeni filmlərin çəkilişlərini elan edib.

Şirkət layihənin reallaşmasında “New Line Cinema” ilə əməkdaşlıq edəcək.

“Warner Bros Discovery”nin rəhbəri Devid Zaslavın sözlərinə görə, şirkət “Embracer Group AB” ilə yeni bir müqavilə bağlayıb və bundan sonra Tolkinin bir çox əsəri ilə bağlı layihələr həyata keçirə bilər.

Hələ ki, süjetin əsasını hansı mətnlər təşkil edəcəyi və Piter Ceksonun layihədə rejissor kimi iştirak edib-etməyəcəyi bəlli deyil.

Mənbə: The Hollywood Reporter

Bənzər yazılar

0.47722506523132