Biləsuvarda məktəb direktoru ilə müəllim arasında İNSİDENT YAŞANIB - VİDEO

 24-02-2023

Biləsuvar rayonu İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində direktorla müəllim arasında insident yaşanıb.

Milletinsesi.info-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkədə yayımlanıb.

Görüntülərdə məktəbin direktoru Üzeyr Eyvazov və riyaziyyat müəllimi R.Əmirov arasında hər baş verən münaqişə lentə alınıb.

Həmin hadisənin görüntülərini təqdim edirik:

 

Bir neçə gün öncə Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə - direktorla müəllim arasındakı mübahisənin təfərrüatı məlum olub.

Məktəbin direktor əvəzi Üzeyir Eyvazovun sözlərinə görə, mübahisəyə səbəb riyaziyyat müəllimi Rasim Əmirovun dərs vaxtı sinif otağını tərk etməsi olub.

“Dərs vaxtı müəllimlər dərsdə olmalıdır. Zəng vurulandan sonra mən sinifləri yoxlayıram və müəllimi içərdə görmədiyim üçün ondan dərs vaxtı niyə sinifdə olmadığını soruşdum. Müəllim bunu səhhəti ilə əlaqələndirdi”, - deyə Ü.Eyvazov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.55922794342041