Səhiyyə naziri Teymur Musayev “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə əmr imzalayıb.
MillətinSəsi.info xəbər verir ki, əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
Bir ay müddətində imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.
İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək. Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.
Xaricdə hazırlıq keçən tibb işçiləri ilə bağlı NAZİRDƏN ƏMR - BİLİKLƏRİ YOXLANILACAQ
11-05-2022

Bənzər yazılar

Ümumdünya Səhiyyə Təşkilatı: “Meymun çiçəyi hallarının əksəriyyəti homoseksual kişilər arasında aşkar edilib”
22-05-2022
