Xidmət rəisi Firuddin Əliyev: “Cəbrayılda ceyranların təbiətə buraxılması bu il də planlaşdırılır”

 22-02-2023

“Cəbrayıl rayonunda ceyranların təbiətə buraxılması bu il də planlaşdırılır”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Onun sözlərinə görə, məqsəd ərazilərdə tarixən mövcud olmuş və yaxud düşmən tərəfindən nəsli kəsilmiş bəzi heyvan növlərinin bərpasıdır:

“Bu kimi tədbirlərin davamı olaraq, bezoar keçiləri, “Qırmızı kitab”a düşən nəcib maralların buraxılması nəzərdə tutulub. Hazırda olduğumuz ərazilərə buraxılmış ceyranlar Füzuli rayonu ərazisində də artıq müşahidə olunur. Bu da ondan xəbər verir ki, əraziyə tam adaptasiya ola biliblər. Həmin ceyranlar Şirvan Milli Parkı ərazisindən gətirilib. Həm iqlimə, həm də qidaya öyrəşiblər”.

F.Əliyev onu da qeyd edib ki, əlavə olaraq balıq buraxılışı tədbirləri davam etdirilir.

Xidmət rəisi söyləyib ki, 2023-cü ildə “Qırmızı kitab”a aid edilən qızıl xallı farelin, həm də çəki balıqlarının təbii su hövzələrinə buraxılması nəzərdə tutulur.

Bənzər yazılar

0.5061309337616