Zaur Darab-zadənin direktor olduğu ŞİRKƏT BAĞLANIR

 21-02-2023

İki il əvvəl – 31.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Avto Cinema” MMC (VÖEN – 1505182511) ləğv olunur.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ləğvetmə elanında kreditorlardan iki ay ərzində tələblərini Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsində yerləşən "Gənclik Mall"dakı “Cinema Plus”a  bildirmələri istənilir.

Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Avto Cinema” MMC-nin qanuni təmsilçisi Darab-zadə Zaur Mehrab oğludur.

Məlumat üçün bildirək ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri olan Zaur Darab-zadə 1985-ci ildə Bakı şəhərində anadan olub.

İş fəaliyyətinə 2000-ci ildə “Premier Studio” şirkətində səs mühəndisi kimi başlayıb. Daha sonra “NAB Group of Companies”, AZMAN, ANS televizyası, Metropol Hotel, İrəli İctimai Birliyi, “Day.az”, “Avto FM”də çalışıb. Zaur Darab-zadə 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olsa da, seçilməyib.

Zaur Darab-zadə ötən ilin sentyabr ayında “Caspian Energy Georgia”nın direktoru təyin olunub. Lakin, 4 ay sonra – bu ilin yanvar ayında tutduğu vəzifədən azad olunub.

Müəllif A. Cəfərov
Müəllif Yeniavaz.com

Bənzər yazılar

0.14090013504028