Xankəndidəki atışmaya görə ERMƏNİ GENERAL SAXLANILDI

 11-05-2022

Ermənistanda general-mayor Samvel Karapetyan saxlanılıb.

MillətinSəsi.info Ermənistan mətbuatına istinadla xəbər verir ki, buna səbəb Xankəndidə baş verən atışma olub.

Hadisə mayın 10-da axşam saatlarında baş verib. Atışma nəticəsində Xankəndinin erməni sakinlərindən birinin avtomobili zədələnib.

Qeyd olunur ki, faktla bağlı “silah və ya silah qismində istifadə edilən əşyalarla xuliqanlıq” və “qanunsuz olaraq silah əldə etmə, saxlama və daşıma” bəndləri ilə cinayət işi başlanıb.

Artıq cinayəti törətməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb.

Bənzər yazılar

0.1973021030426