Oğurluqla məşğul olan dəstə üzvləri 35 EVİ QARƏT EDİBLƏR - VİDEO

 11-05-2022

Abşeron rayonunda oğurluq edən və narkotik satanlara qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yaşayan bir nəfər Abşeron rayon Polis İdarəsinə müraciət edərək evdə olmadığı müddətdə mənzildən 5200 manat dəyərində televizor, həmçinin qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 4 sakinin ərizəsi Polis İdarəsində qeydiyyata alınıb. Onlar da evlərindən məişət və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Nurlan Musazadə, İntiqam İbrahimov, Elməddin Qədirli və Ramil Mahmudov saxlanılıblar. Araşdırmalar zamanı dəstə üzvlərinin Abşeron rayonunda müxtəlif vaxtlarda 35 evdən oğurluq etdikləri müəyyən edilib.

Rayon Polis İdarəsinin əməkdaşları narkotik satışı ilə məşğul olanlara qarşı da əməliyyatlar keçirib. Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul 6 nəfər tutulub.

Saxlanılanlardan ikisi Abşeron rayonu ərazisində narkotik vasitələri satan, qalan 4 nəfəri isə onlar üçün narkokuryerlik edənlər şəxslər olublar. Onlardan külli miqdarda heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Qeyd edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşsrımalar davam etdirilir.

Bənzər yazılar

0.21258997917175