Sevda Yahyayeva: “Evdə son sözü kişi deməlidir”

 08-03-2022

“Sevgini qısqanclıqla ölçməyək. “Kişi qısqanırsa, deməli sevir” fikri yalandır”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Səhər mərkəzi” proqramında deyib. 

Müğənni kişi-qadın münasibətlərindən danışıb. 

Sevda aparıcı Tural Əsədovun “Kişi özünə güvənmirsə, başlayır qısqanmağa” sözlərinə “Razıyam, elədir” cavabını verib. 

“Dədə-babalardan belə görmüşük, evdə son sözü kişi deməlidir”, - deyə ifaçı əlavə edib. 

Bənzər yazılar

0.14570307731628