Ağdamın işğaldan azad edilmiş ərazilərinə İLK KÖÇ 2025-Cİ İLDƏ OLACAQ

 16-02-2023

“İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib.

O, bu barədə Şəhərsalma Məsələləri üzrə işçi qrupunun Ağdamda keçirilən iclasında danışıb.

İclasdan sonra işçi qrupunun üzvləri Ağdam şəhərində inşa edilən yaşayış kompleksinə baş çəkiblər. Dövlət qurumlarının nümayəndələrinə tikintinin gedişi barədə məlumat verilib, bildirilib ki, tikinti işləri 2023-cü ilin sonuna qədər başa çatdırılacaq, ərazidə ümumi giriş sayı 11 olmaqla 6 bina tikiləcək.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.

Bənzər yazılar

0.29678201675415