Naxçıvanda sərnişindaşıma xidmətlərinin tarifləri YENİ QAYDADA TƏNZİMLƏNƏCƏK

 15-02-2023

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

APA-nın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.

Bənzər yazılar

0.83144521713257