İqtisadiyyat naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin doğum günü barədə “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Ulu öndərin zəngin dövlətçilik fəlsəfəsi nəticəsində müstəqil Azərbaycan dövləti quruldu, möhkəmləndi və tərəqqi yolunda uğurla irəliləyir. Böyük Azərbaycanlının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”.