Xəzərdə zəlzələ BAŞ VERİB

 14-02-2023

Xəzər dənizində 3,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Dağıstan Respublikası Elmlər Akademiyasının geofizika xidmətinin rəhbərindən Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə Xəzərdə seysmik hadisə baş verməsi barədə məlumat daxil olub. Maqnitudası 3,7 bal olan yeraltı təkanlar dənizin 2 km dərinliyində, sahildən 25 km aralıda qeydə alınıb”, - məlumatda deyilir.

Dağıntılar barədə məlumat verilmir.

Bənzər yazılar

0.13939213752747