Eldar Əzizov: “Bakı Nəqliyyat Agentliyi ilə bağlı yeni qərar qəbul olunub”

 10-05-2022

“Bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də islahatlar gedir. Təbii ki, vaxt lazımdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

“Yeni qərar qəbul olunub. Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifə bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda, əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, - E.Əzizov vurğulayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin heykəlinin ucaldılması prosesinin uzanmasına münasibət bildirilib.

O,  bildirib ki, korifey sənətkarın heykəlinin ucaldılması ilə bağlı müsabiqə keçirilib: “Heykəl Heydər Əliyev Fondu tərəfindən hazırlanır. Heykəlin tam hazır olduğunu demək çətindir. O, tam hazır olanda ictimaiyyətə təqdim ediləcək”, - E.Əzizov vurğulayıb.

Bənzər yazılar

0.25825500488281