Həbs olunan dekan icra başçısının QOHUMUDUR? - İDDİA

 11-02-2023

Həbs olunan Azərbaycan Dövlət Aqrar Universitetinin​ Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu icra başçısının qohumudur.

Sarkazm.az-ın əldə etdiyi məlumata görə, ADAU-nun həbs edilən dekanı Famil Nəsibov Xaçmaz rayonunun icra başçısı Elnur Rzayevin yaxın qohumudur. Onlar dayıoğlu-bibioğludurlar.

F.Nəsibov həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Bayandur Rzayev ilə də dayıoğlu-bibioğludur. Bayandur Rzayev Elnur Rzayevin qardaşdır.

Məsələyə Elnur Rzayevin mövqeyini öyrənmək üçün Xaçmaz rayon icra hakimiyyəti ilə saxladıq. Lakin möqve bildirən olmadı.

Qeyd edək ki, Famil Nəsibov Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən korrupsiya əməliyyatı çərçivəsində həbs edilib.

Müəllif Zaur Qənbərov
Mənbə Sarkazm.az

Bənzər yazılar

0.2333300113678