Braziliya Futbol Federasiyası Ançelotti ilə bağlı yayılan xəbərləri TƏKZİB EDİB

 10-02-2023

“Real” Madridin baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər.

Ançelotti Braziliya Futbol Federasiyasına milli komanda ilə işləmək barədə razılıq verib.

Tərəflər 3 il üçün nəzərdə tutulan müqavilənin detallarını müzakirə edirlər. Müqavilənin 2023-cü ilin iyulunda qüvvəyə minəcəyi və Dünya Çempionatının keçiriləcəyi 2026-cı ilin avqust ayına qədər qüvvədə olacağı gözlənilir.

Ançelotti hələ heç bir sənəd imzalamayıb, ancaq razılığını verib. İspaniyanın “Real” Madrid klubu ilə müqaviləsi qüvvədə olduğu üçün tərəflər razılaşma barədə ictimaiyyətə açıqlama verməyəcək.

“Real” Madridin braziliyalı futbolçuları Vinisius Junior, Rodriqo Qoes və Eder Militao məsələdən  xəbərdardırlar. Onlar Ançelottinin klubdan getməsinə təəssüflənirlər, lakin milliyə gəlişinə sevinirlər.

Braziliya Futbol Federasiyası (CBF) “Real” Madridin baş məşqçisinin milli komandaya rəhbərlik etməyə razılıq verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Ançelottinin ispan klubu arasındakı hazırkı müqavilənin 2024-cü ilə qədər olduğu bildirilir.

Mənbə: Sports.ru

Bənzər yazılar

0.1402599811554