Ukraynada məktəb bombalanıb, 60 nəfər ÖLÜB- Video

 08-05-2022
Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində məktəbə endirilən hava hücumu nəticəsində 60 nəfər həlak olub.
 
MillətinSəsi.info xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Serhi Qayday öz “Telegram” səhifəsində məlumat verib.
 
"Beloqorovkada məktəbə endirilən hava zərbəsi nəticəsində ilkin olaraq 60 nəfər həlak olub. Mayın 7-də saat 16:37-də (Bakı vaxtı ilə 17:37) Beloqorovkada Rusiya aviasiyasının zərbəsi nəticəsində məktəb binasında və mədəniyyət evində təxminən 300 kvadratmetr sahədə yanğınlar baş verib. Baş verən yanğın dörd saata yaxın söndürülüb, sonra dağıntıların analizi aparılıb və təəssüf ki, iki nəfərin cəsədi tapılıb. Dağıntılar altından 30 nəfər təxliyə edilib, onlardan 7-si yaralanıb. Çox güman ki, binaların dağıntıları altında qalan 60 nəfərin hamısı həlak olub”, - Qayday bildirib.
 
Qeyd edək ki, ötən gün - mayın 7-də  rus ordusu Beloqorovka kəndində zirzəmisində 90-a yaxın insanın gizləndiyi məktəbi avizərbələrlə bombalayıb.

 

Bənzər yazılar

0.21571207046509