Rauf Məmmədov “Airthings Masters”in I divizionunda növbəti GÖRÜŞÜNÜ KEÇİRƏCƏK

 07-02-2023

Bu gün Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin I divizionunda növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, I turda məğlub olan 35 yaşlı qrosmeyster eyni aqibəti yaşamış hindistanlı Qukeş Dommaraku ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Tərəflər 4 görüş keçirəcəklər. Rauf Məmmədov ötən gün ABŞ təmsilçisi Uesli Soya uduzub - 1,5:2,5.

Qeyd edək ki, “Airthings Masters” fevralın 10-da başa çatacaq.

 

Bənzər yazılar

0.1393768787384