Azərbaycanın xarici ölkələrdə neçə diplomatik nümayəndəliyi var?

 07-05-2022

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib. O bildirib ki, hazırda Azərbaycanın dünyanın 77 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

Nazir həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 88 ölkənin və beynəlxalq təşkilatın nümayəndəliyi, 15 xarici dövlətin konsulluğu akkreditə olunub: “Heydər Əliyevin ən böyük arzusu işğal altında olan torpaqlarımızın işğaldan azad olunması idi. Bu missiya ulu öndər irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yerinə yetirildi”.

Onun sözlərinə görə, bu gün üçrəngli bayrağımız qürurla işğaldan azad edilən torpaqlarımızda dalğalanır: “Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur, bərpa edir. Bütün bu uğurlarımızın əsasında bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır”.

Bənzər yazılar

0.23756289482117