İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir.
Milletinsesi.info xəbər verir ki, "Mançester Siti" səfərdə "Tottenhem"lə qarşılaşıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. "Tottenhem"in qalibiyyət qolunu 15-ci dəqiqədə Harri Keyn vurub.
87-ci dəqiqədə London təmsilçisinin futbolçularından Kristian Romero qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 45 xalla 2-ci, "Tottenhem" isə 39 xalla 5-cidir.
Beləliklə, ötən gün "Arsenal"ın da "Everton"a (0:1) uduzduğu turda "şəhərlilər" liderə yaxınlaşmaq fürsətini boşa verib.