Azərbaycanda ata qızlarına İŞGƏNCƏ VERİB, spirtli içki içməyə MƏCBUR EDİB

 04-02-2023

“Sığınacağa 3 qız uşağı qəbul etdik. Böyük qız digər bacılarının qoruyucusudur. Qızımız bildirir ki, atası bacılarına şiddət göstərdikdə hər zaman onları qorumağa çalışıb, lakin çox zaman bunu bacarmayıb. Güc tədbiq edərək spirtli içki içməyə məcbur edildiklərini də ağlayaraq dilə gətirib. Bundan əlavə atalarının qapı tutacağını dəfələrlə çıxarıb, onları soyuq otaqda gecələməyə məcbur edib”.

Bu sözləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova şəxsi “Facebook” hesabında yazıb.

Oxu.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə danışıb.

M.Zeynalova qızların atasının zərərli vərdişlərin aludəçisi olduğunu deyib: “Bu, ilkin məlumatdır. Uşaqların özləri psixoloqa deyiblər. Anaları da təsdiqləyib. Xanımın özünü də bu kimi işlərə vadar edirmiş. Səbəb ən zərərli vərdişlərə aludəçi olmasıdır”.

Mehriban Zeynalova qeyd edib ki, qızlar anası ilə birlikdə sığınacağa yerləşdirilib: “Zorakılıq olan yerdə nəyinsə qarşısını almaq çətin olur. Adam hər dəfə zorakılıq edib. Etiraz etdikcə daha da şiddətli hal alır. Təbii ki, qarşısını almağa cəhd göstəriblər, lakin alınmayıb. Bu səbəbdən övladları ilə birlikdə evi tərk edib. Hazırda övladları ilə birlikdə sığınacaqdadırlar. Yerli qurumlar məsələni araşdırmalıdırlar”.

Nəzrin Vahid

Bənzər yazılar

0.62394285202026