Nazirin 63 milyonluq malikanəsi MÜSADİRƏ EDİLİR

 06-05-2022

Amerika Birləşmiş Ştatları mülki müsadirə şikayətinə əsasən, erməni biznesmen tərəfindən keçmiş yüksək vəzifəli erməni dövlət məmuru Qaqik Xaçatryanın ailəsinə verdiyi rüşvət hesabına alındığı iddia edilən Los-Ancelesin “Holmby Hills” məhəlləsində 30,000 kvadrat metrdən çox olan meqa malikanənin müsadirə edilməsini istəyir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınan 66 yaşlı Qaqik Xaçatryan 2008-2014-cü illərdə Ermənistan Respublikası Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-2016-cı illərdə isə Ermənistan Respublikasının maliyyə naziri vəzifələrində çalışıb.

Mayın 2-də ABŞ-ın Kaliforniya Mərkəzi Dairə Məhkəməsinə verilən şikayətdə Amreika Birləşmiş Ştatları adından çıxış edən prokuror iddia edir ki, biznesmen Sedrak Arustamyan onun biznesinə sərfəli vergi rejimi tətbiqi müqabilində Xaçatryan və onun ailəsinə 20 milyon dollardan çox rüşvət verib.

qaqik-xacatryan

İddialara görə, rüşvət “Holmby Hills” əmlakını almaq üçün istifadə edilib və bu yaxınlarda 63 milyon 500 min dollara satışa çıxarılıb.

Qaqik Xaçatryan və oğulları Ermənistanda Respublikanın cinayət məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Ermənistanda Arustamyana qarşı rüşvət verdiyinə görə cinayət işi də davam edir.

Qeyd olunur ki, bu məsələ FTB-nin Avrasiya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qrupu (EOCTF) və ABŞ Marşal Xidməti tərəfindən araşdırılıb və Ermənistan Respublikasının Baş Prokurorluğu və Milli Təhlükəsizlik Xidməti yardım göstərib.

Bənzər yazılar

0.37231302261353