“Hazırda Xankəndinin elektrik enerjisi təchizatı Ermənistan vasitəsi ilə həyata keçirilir”.
Milletinsesi.info xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda “Azərişıq” ASC ölkəmizin hər bir yerini elektrik enerjisi ilə təmin etmək imkanına malikdir.
“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə onu da deyib ki, Azad edilmiş ərazilərdə “Azərişıq” ASC-nin 750-yə yaxın abonenti var.
Onun sözlərinə görə, abonentlərin bəziləri qeyri-əhali qrupuna daxildir: “Sevindirici haldır ki, azad edilmiş ərazilərdə əhali qrup abonentlərimiz də var. Ümumilikdə bu ərazilərdə abonentlərimizin olması elektrik təchizatı və sərfiyyatını hesablamağa imkan verir”.