Rusiyanın məşhur şirkəti Azərbaycan bazarını TƏRK EDİR

 02-02-2023

Rusiyanın aparıcı şirkətlərindən olan “Şolkovo Aqroxim” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib. 

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Şolkovo Aqroxim” şirkətinin nümayəndəliyinin (VÖEN – 1305949631) ləğv olunması ilə bağlı elanda kreditorlardan tələblərini iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 169, mənzil 6  ünvanına bildirmələri istənilir.

Məlumat üçün bildirək ki, “Şolkovo Aqroxim” şirkətinin Azərbaycandakı nümayəndəliyi 2019-cu ildə dövlət qeydiyyatına alınıb.

Şirkət kənd təsərrüfatı bitkilərinin mühafizəsi və məhsuldarlığının artırılması üçün pestisid, aqrokimyəvi maddələr və bioloji peraparatlar istehsalı ilə məşğuldur.

Şirkət Azərbaycanda nümayəndəlik açmazdan bir il əvvəl “Şolkovo Aqroxim”in baş direktoru, akademik Salis Karakotov ölkəmizə səfər edib və AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadə ilə görüşüb.

Bənzər yazılar

0.14195704460144