Nazir Vilayət Eyvazov DYP rəisini vəzifəsindən AZAD ETDİ

 06-05-2022

Samux rayon dövlət yol polisi bölməsinin rəisi tutduğu vəzifədən azad edilib.

MillətinSəsi.info APA-ya istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Samux rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

Onun yerinə hələlik təyinat yoxdur.

Bənzər yazılar

0.20915412902832