Ülvi Quliyevin oğlu Londonda 1.3 milyonluq EV ALIB- Şirkətlərinin SİYAHISI

 19-09-2020

"Ölkədə pandemiya ilə əlaqədar karantin rejiminin davam etdiyi vaxtda Londonda 600 min funt sterlinqə (1.300.000 manat) ev alan şəxsin kimliyini maraq edirsiniz. Həmin şəxs Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadədir".

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Cavanşir Həsənli bildirib ki, deputatın oğlu iyunun 25-də İngiltərə paytaxtında, Avenue road, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait UGANO LTD vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib: "Bu ev Ülvi Quliyevin oğlunun Londonda aldığı sayca 5-ci evdir. Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb:

LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq)

LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq)

LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq)

LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).

Ülvi Quliyevin oğlu UGANO LTD-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək GUANO LTD adı ilə fəaliyyət göstərib.

2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub. Orxan Quluzadə bu ilin əvvəlində Londonda ikinci şirkətini- MARKETING SOLE PROJECT LTD-ni təsis edib.

Atası Ülvi Quliyev dərman biznesi ilə məşğuldur, "LOĞMAN FARM" tibb şirkəti də Orxan Quluzadənin adına qeydiyyatdan keçib".

 Fotoları təqdim edirik

Bənzər yazılar

0.20289993286133