Kəlbəcərdə baş verən qəza zamanı həlak olan şəxs POLKOVNİK-LEYTENANT OLUB

 02-02-2023

Ötən gün Kəlbəcərin Qılınclı kəndi ərazisində “Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması nəticəsində həlak olan şəxs polkovnik-leynenant olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nurlan Babayev bir müddət əvvəl ordu sıralarından təaqüdə çıxıb və Kəlbəcərdə mülki işçi kimi çalışıb.

21 il Azərbaycan ordusunda xidmət edən Nurlan Babayev Türkiyədə təhsil alan zabitlərdən olub. O, Ağdam, Tərtər, Gəncə və Naxçıvanda xidmət edib. Əslən Bakıdan olan N.Babayev bu gün paytaxtda dəfn olunacaq.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Bənzər yazılar

0.4397611618042