"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN- 1402871431) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, hazırda (01.02.2023-cü il tarixinə) "Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 16 milyon 431 min 793 manat 47 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min 397 manat 20 qəpik olan QSC-nin vergi borcu son 6 ay ərzində təxminən 3 milyon manat artıb. Belə ki, ötən ilin iyul ayında "Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 13,1 milyon manat vergi borcu olub.
Mənbə Yeniavaz.com