2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 66 milyon manatdan çox investisiya yatırılması və 800-dən çox iş yerinin yaradılacağı nəzərdə tutulur.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
Sədr bildirib ki, Sənaye Parkında ilk müəssisələrin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.