Azərbaycana hansı ölkələr investisiya qoymaqda MARAQLI OLUB?

 31-01-2023

Azərbaycan iqtisadiyyatına ötən il 3,6 milyard ABŞ dolları xarici investisiya qoyulub.

Maraqlıdır, Azərbaycana hansı ölkələr investisiya qoymaqda maraqlı olub?  

Dövlət Statistika Komitəsindən  bildirilib ki, 1995-2022-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatına ən çox birbaşa xarici investisiya Böyük Britaniya və Şimalı İrlandiya Birləşmiş Krallığı tərəfindən yatırılıb və bu, 33,5 milyard ABŞ dolları təşkil edib:

“Ölkəmizə ən çox birbaşa xarici investisiya yatıran ilk 5 ölkə Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Norveç və Yaponiyadır. Bu dövr ərzində iqtisadiyyatın qeyri-neft sektoruna ən çox birbaşa xarici sərmayə Türkiyənin investorları tərəfindən (3,1 milyard ABŞ dolları) yatırılıb. Qeyri-neft sektoruna yönəldilmiş birbaşa sərmayələrin həcminə görə sonrakı yerləri Birləşmiş Krallıq, Rusiya, Niderland, ABŞ, BƏƏ, İsveçrə və Almaniya tutur”.

Sayad Həsənli

Bənzər yazılar

0.14106702804565