“Quru sərhədlərimizin bağlı qalmasının “pandemiya” ilə əlaqədar olmadığı hamıya aydındır, əsas səbəblərdən biri bölgəmizdə müəyyən proseslərin baş verməsi, gözlənilən təhlükələrlə bağlı idi. Son zamanlar İranda baş verənlər bu ehtimala görə sərhədlərin bağlı qalması fikrini gücləndirdi”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O bildirib ki, İran istisna olmaqla digər qonşu dövlətlərlə quru sərhədini açmaq olar:
“Tehranda səfirliyimizə terror hücumu və sonra səfirliyin tam tərkibdə ölkəyə təxliyə edilməsi doğru qərardır. Son hucum və İranda baş verən hadisələr Azərbaycan dövlətinə tam legitim əsas verir ki, İranla quru sərhədi bağlı saxlasın, amma Gürcüstan,Türkiyə və Rusiya ilə quru yolları açsın, əvvəl bu addımı atılsaydı İrandan etirazlara formal bəhanə yaranardı, indi isə bizim tam haqqımız var ki, İranla quru sərhədləri bağlı saxlayaraq digər ölkələrlə yolları açaq – bu həm də davranışlarına, tutumuna, ölkəmizə münasibətinə görə İran rejiminə yaxşı mesaj olar”.