Ukrayna azərbaycanlı səfirə cinayət işi açıb? - ŞOK İDDİA

 05-05-2022

Ukrayna Qaraqalpaq türkləri Milli Şurasının sədri bununla bağlı prokurorluğa müraciət edib.

Ukrayna Baş Prokurorluğu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov barəsində cinayət işi açıb.

Buna səbəb səfir Qüdsi Osmanovun BMT-nin Ukraynanın ərazisi kimi tanıdığı, Rusiya tərəfindən işğal edilmiş Krıma qeyri-qanuni daxil olmasıdır.

Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci hissəsi üzrə (Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) başlayıb.

qudsi

Prokurorluq Osmanova qarşı cinayət işini Ukrayna Qaraqalpaq türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədovun bu quruma müraciətindən sonra başlayıb.

Məlumat üçün sorğunuza cavab olaraq bildirirəm ki, Krım Muxtar Respublikası və Sevastopol Şəhər Prokurorluğuna, “Ukrayna Qarapapaq Türkləri Milli Şurası” Ümumukrayna İctimai Birliyindən, Azərbaycanın Moldova Respublikasındakı Səfirinin Ukraynanın işğal edilmiş ərazisi –Krım yarımadasına səfər etməsi barədə rəsmi müraciət daxil olmuşdur. 

qudsee

Cinayət araşdırma prosesi çərçivəsində Ukraynanın müvəqqəti işğal edilmiş ərazisinə - Krım Muxtar Respublikasına giriş və çıxış qaydalarının pozulması faktaı üzrə onlarla  müxtəlif epizod üzrə, müxtəlif ölkələrədn gələn nümayəndə heyətləri  və iştiraçkçıların işğalçı rejimin səlahiyyətli nümayəndələri keçirdiyi görüşlər bsrədə cinayət araşdırması aparılır.

Müraciətdə göstərilən faktların tam yoxlanılması və müvafiq istintaq (axtarış) hərəkətlərinin aparılması üçün ümumi cinayət işinin materiallarına əlavə edilmişdir

Mənbə arqamunt.az

Bənzər yazılar

0.73081707954407