Avropa Gimnastikasının İcraiyyə Komitəsinin növbəti iclası BAKIDA KEÇİRİLƏCƏK

 28-01-2023

Gənclər və idman naziri Fərid Qayıbovun prezidenti olduğu Avropa Gimnastikasının (EG) İcraiyyə Komitəsinin növbəti iclası Bakıda keçiriləcək.

Milletinsesi.info-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yığıncaq bu il 22-23 mayda Azərbaycan paytaxtında təşkil olunacaq.

Bununla bağlı qərar EG-nin bu gün İsveçrənin Lozanna şəhərində baş tutan iclasında qəbul edilib.

Bakıdakı yığıncaqda müxtəlif nüfuzlu yarışlara ev sahibliyi edəcək ölkələrin adları təsdiqlənəcək.

Bənzər yazılar

0.14054799079895