Bakı-Qazax yolunda sərxoş sürücü qəza şəraiti yaradıb.
Milletinsesi.info-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının 195-ci km-də qeydə alınıb.
QAZ-2410 markalı 49-BA-433 dövlət nömrə nişanlı avtomobilin sürücüsü sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol nişanının tələbini pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Sürücünün polisə qarşı tabesizlik göstərməsi və eləcə də davranışları şübhə doğurduğundan DYP əməkdaşları sürücünü tibbi müayinəyə aparıblar.
Müayinə zamanı sürücünün sərxoş olması aşkarlanıb. Onun barəsində qanuna müvafiq tədbir görülüb.
Faktı Milletinsesi.info-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev təsdiq edib.