Madrid derbisində qalib gələn “Real” YARIMFİNALA ÇIXIB

 27-01-2023

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Milletinsesi.info xəbər verir ki, daha iki oyun keçirilib.

“Valensiya” öz meydanında “Atletik Bilbao”ya uduzub – 1:3.

Turun ən maraqlı oyunu isə Madriddə baş tutub. “Real” “Ateltiko”nu qəbul edib.

Oyunda hesabı qonaqlar açıb. Morata 19-cu dəqiqədə fərqlənib. Matçın 79-cu dəqiqəsində Rodriqo hesabı bərabərləşdirib.

Qarşılaşmanın əsas vaxtı bərabərliklə bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.

Əlavə edilmiş dəqiqələrdə Kərim Benzema fərqlənib. Fransalı hücumçu 114-cü dəqiqədə “Real”ı önə çıxarıb. 120+1-ci dəqiqədə isə Vinisius Junior adını tabloya yazdırıb və “Real”ın üstünlüyünü artırıb.

Bu, oyunda vurulmuş sonuncu qol olub.

“Real” 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Bənzər yazılar

0.42987203598022