Ronaldulu “Əl-Nəsr”i Superkubokun yarımfinalında UDUZUB – VİDEO

 27-01-2023

Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında “Əl-İttihad”a uduzub - 1:3.

Portuqaliyalı bütün matçı meydanda keçirsə də, effektiv hərəkətləri ilə fərqlənə bilməyib.

“Əl-Nəsr”ın tərkibində qolu yarımmüdafiəçi Anderson Taliski vurub.

“Əl İttihad”ın heyətində isə hücumçu Romarinyo və Abderrazak Hamdallah və müdafiəçi Muhannad Şankiti fərqlənib.

“Əl-İttihad” yanvarın 29-da Super Kubokun finalında “Əl-Feyha” ilə qarşılaşacaq.

Səudiyyə Ərəbistanı Super Kuboku.

Yarımfinal

“Əl-İttihad” – “Ən-Nəsr” - 3:1 (2:0)

Mənbə: sport-express.ru

Bənzər yazılar

0.45203304290771