Azərbaycan millisi Avropada maskaya görə CƏRİMƏLƏNDİ

 08-03-2022

UEFA-nın Nəzarət, Etika və İntizam Orqanı AFFA-nı cərimələyib.

MillətinSəsi.info xəbər verir ki, bununla bağlı qurumun martın 2-də çıxarılan qərarı rəsmən açıqlanıb.

Yanvarın 26-da Niderlandda keçirilmiş futzal üzrə Avropa çempionatının İspaniya ilə oyununda millimizin 4 oyunçusu sarı vərəqə aldığı üçün 2700 avro cərimələnib. Həmçinin, həmin matçda karantinlə bağlı maskalar ilə bağlı təlimata riayət edilmədiyi üçün millimizə 2500 avro cərimə də verilib.

Yanvarın 29-da həmin turnirin Bosniya və Herseqovina ilə matçında 1 qırmızı və 1 sarı vərəqə aldığı üçün AFFA daha 3 min avro cərimə alıb. Rəqib komandanın intizamsız davranışı isə onlara 1500 avro cəriməyə başa gəlib. Beləliklə, AFFA UEFA-ya 8200 avro ödəməli olacaq.

Xatırladaq ki, martın 2-də çıxarılan digər qərara əsasən, Avropa Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçirilmiş “Marsel” – “Qarabağ” oyununa əsasən meydan sahibi klub cərimələnib. Belə ki, “Marsel” stadionda ictimai keçidlərin bağlanması, təxribatçı siyasi və hücum bannerlərinin açılması və qadağan olunmuş petardalardan istifadə olunmasına görə 44 250 avro cərimə ödəməli olub.

Bənzər yazılar

0.2489800453186