Vaqif Axundovun bacısı oğluna HÖKM OXUNUB

 23-01-2023

Rüşvət almaqda təqsirləndirilən Vüsal Babayevə hökm oxunub, ona şərti cəza verilib.

Report”un xəbərinə görə, bu barədə hökm Bakı Hərbi Məhkəməsində elan edilib.

Xatırladaq ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunub, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olub.

Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.

Belə ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunmuş, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olmuşdu. Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.

Qeyd edək ki, V.Babayev 2 iyul 2018-ci ildə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə Xidmətin Səbail rayon idarəsinə rəis təyin olunmuşdu.

O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi.

Xatırladaq ki, V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.

Bənzər yazılar

0.54168701171875