“Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən SAHİBKARLAR ETİRAZ EDİR

 23-01-2023

Bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır.

"Qafqazinfo.az” xəbər verir ki, buna səbəb sahibkarların bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir.

Belə ki, mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin obyektlərə yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.

Məlumata görə, ticarət mərkəzində fəaliyyət göstərən bir çox şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı məlum olub.

Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.

Bundan başqa, bu gün "Sədərək Ticarət Mərkəzi"ndə əksər mağazalar bağlı olub.

İddialara görə, buna səbəb Vergilər Nazirliyinin əməkdaşları tərəfindən bazarda yoxlanışların aparılmasıdır. 

Həmin videonu təqdim edirik:


Bənzər yazılar

0.20772695541382