Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.
O bu barədə “Twitter” hesabında yazıb.
“Qardaş ölkə Azərbaycanın 1990-cı il yanvarın 20-də alovlandırdığı istiqlal atəşi bu gün Füzulidən Şuşaya qədər uzanan “Qələbə yolu”nu işıqlandırmağa davam edir. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizi rəhmətlə yad edirəm”, - deyə o paylaşımında qeyd edib.
Kardeş ülke Azerbaycan'ın 20 Ocak 1990’da yaktığı bağımsızlık ateşi, bugün Fuzuli’den Şuşa’ya uzanan "Zafer Yolu"nu aydınlatmaya devam ediyor.
— Derya Yanık (@deryayanikashb) January 20, 2023
Azerbaycan’ın bağımsızlığı için canlarını feda eden şehitlerimizi rahmet ve minnetle anıyorum.#20Yanvar#ÜmumxalqHüznGünü pic.twitter.com/2SfccQlvUR