Kəmaləddin Heydərov Vaqif Axundovun qardaşı oğlunu TƏQAÜDƏ GÖNDƏRİB

 20-01-2023

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin rəisi təqaüdə göndərilib.

Bu barədə "Qaynarinfo" məlumat yayıb.

Bildirilib ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Muğan Reginonl Mərkəzinin rəisi, polkovnik Mehman Abdulrəhim oğlu Axundov işdən azad olunaraq, təqaüdə göndərilib.

M. Axundovun işdən azad olunmaq üçün özünün ərizə ilə müraciət etdiyi bildirilir.

Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib.

Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-nin Muğan Regional Mərkəzinə rəis təyin olunub.

O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. 

1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, 2 övladı var.

Onu da qeyd edək ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.

Qeyd olunur ki, Mehman Axundov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (Prezidentin 16 mart 2020-ci ildə imzaladığı fərmanla ləğv edilib) sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğludur.

Mehman Axundov 21.06.1970-ci ildə Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var.

Onu da qeyd edək ki, FHN-nin Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.

Bənzər yazılar

0.23897695541382