“Brayton”un yarımmüdafiəçisi Leandro Trossard tezliklə “Arsenal”a keçəcək.
Məlumata görə, klublar razılığa gəliblər.
“Topçular” futbolçu üçün 27 milyon funt-sterlinq ödəyəcəklər.
Futbolçunun londonlularla uzunmüddətli müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Trossard bu mövsüm Premyer Liqada 16 oyun keçirib və 7 qol vurub.
Mənbə: sports.ru