Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenko Ukraynada iki minə yaxın rus əsgərinin əsir götürüldüyünü bildirib.
“İki mindən çox rusiyalı hərbçi əsir götürülüb. Onlar komandirləri tərəfindən aldadılıb. Onlara Ukrayna ilə döyüşəcəkləri barədə heç nə deməyiblər”, - Qeraşenko qeyd edib.
O, vurğulayıb ki, bir çox rusiyalı həbçi meşələrə, tarlalara səpələnib və burada Ukrayna əsgərləri tərəfindən saxlanılıb.
Mənbə: unian.net