“Fənərbağça” Türkiyə Kubokunda 1/4 finala vəsiqə qazanıb.
1/8 finalda evdə “Rizespor”u 2:1 hesabı ilə məğlub edən İstanbul nəhəngi adını növbəti mərhələyə yazdırıb.
İlk 12-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Arda Gülərin ideal ötürməsini Mixa Zayts dəqiq zərbə ilə tamamlayıb. 26-cı dəqiqələrdə qonaqlar hesabı bərabərləşdiriblər. Sinan Osmanoğlu künc zərbəsi zamanı başla dəqiq oynayıb. “Sarı-lacivərdlilər”in qələbə topunun müəllifi isə Enner Valensiya olub. 89-cu dəqiqədə səhnəyə çıxan kolumbiyalı hücumçu başla fərqlənib.
Qeyd edək ki, “Fənərbağça” 1/4 finalda “Ankaragücü” komandası ilə qarşılaşacaq.