Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda iştirak edib

 29-04-2022

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Prezident İlham Əliyev ADA Universitetindən keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda deyib ki, bizim indi əsas diqqətimiz Qarabağın necə bərpa edilməsinə və işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin necə geri qaytarılmasına yönəlib: “Eyni zamanda, biz beynəlxalq təşkilatların Cənubi Qafqazda yeni reallıqdakı regional inkişafa töhfə vermələrini dəstəkləyirik.

Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi imzalanması bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir. Biz bu sənədlə əməkdaşlığımızı bütün formatlarda rəsmiləşdirdik”.

Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində müttəfiq olduqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Şuşa Bəyannaməsi biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik.

Bu cür ənənəvi görüşlər bizim planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Biz 30 il müddətində işğala məruz qalmışıq, sizin gördükləriniz bunun ən yaxşı bariz nümunəsidir”.

İlham Əliyev deyib ki, Ermənistanın işğal müddətində həyata keçirdiyi kütləvi dağıntılar təkcə Birinci Qarabağ müharibəsinin deyil, eyni zamanda barbarlığın və vandallığın nəticəsidir. 

“Bizim kəndlərimiz, əksər şəhərlərimiz dağıdılıb. İşğal müddətində Kəlbəcər, Laçın, Zəngilan, Şuşada qeyri-qanuni məskunlaşdırma proqramları həyata keçirilib – Ermənistan hökumətinin sponsorluğu ilə. Biz sizə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər haqqında məlumat vermişik”, - deyə İlham Əliyev söyləyib.

Dövlət başçısı bildirib ki, aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir: “Biz Cənubi Qafqazdakı yeni eranı aktiv şəkildə müdafiə edirik. Bura sülh və əməkdaşlıq daxildir”. 

İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipinə müsbət cavab verib.

“Ermənistan hökuməti Azərbaycanın təqdim etdiyi 5 maddəlik baza prinsipini qəbul edib. Bu prinsiplər Ermənistanla sülh razılaşmasını özündə ehtiva edir”, - deyə İlham Əliyev əlavə edib.

Prezident xatırladıb ki, Azərbaycan və Ermənistan sərhəd delimitasiyasına başlamaq üçün birgə komissiyasının yaradılması barədə razılıq əldə edib: “Əgər həmin baza prinsipləri əsasında sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda uzunmüddətli, dayanıqlı sülh olacaq”.

Tədbirdən görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.21911120414734