İngiltərə Premyer Liqasında XX tur davam edir.
Milletinsesi.info xəbər verir ki, turun maraqlı matçlarından biri Londonda baş tutub.
“Çelsi” “Kristal Palas”ı qəbul edib. Son oyunlarda yaxşı təsir bağışlamayan və 3 matçdır qələbə üzünə həsrət qalan “zadəganlar” nəhayət bu sevinci yaşaya biliblər. Kay Havertzin yeganə qolu “Çelsi”yə 3 xal qazandırıb.
“Nyukasl” isə “Fulhem”i qəbul edib. Bu oyunun da taleyini tək qol həll edib. İsak 89-cu dəqiqədə dəqiq oynayıb.
Qeyd edək ki, günün mərkəzi oyunu “Arsenal”la “Tottenhem” arasında oynanılacaq.