Bərdədə zibillikdən QADIN TAPILDI

 28-04-2022

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub.

Hazırda qadının müalicəsi davam etdirilir.

Bənzər yazılar

0.28709983825684