İngiltərə Premyer Liqasının VII turundan təxirə salınmış oyunda “Çelsi” “Fulhem”lə qarşılaşıb.
Milletinsesi.info xəbər verir ki, yeni ildə üçüncü oyununu keçirən London klubu bu dəfə qələbə üzünə həsrət qalıb.
Görüş “Fulhem”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu matçla birlikdə “Çelsi”də debüt edən yeni transfer Joao Feliks isə 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, “Çelsi” bundan öncə yanvarın 1-də “Nottingem Forest”lə heç-heçə edib (1:1), ayın 5-də isə “Mançester Siti”yə uduzub – 0:1.